Prezident futbolçuların hər birinə 55 min dollar vəd etdi
8 Yanvar 2015 16:21 İdmanBu il Afrika Kubokunun qalibi olacağı təqdirdə Seneqal yığmasına pul mükafatı vəd edilib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Seneqal Prezidenti Maki Sall bildirib ki, yığma qarşıdakı turnirin birincisi olarsa, oyunçuların hər birinə təqribən 55 min dollar veriləcək. Bundan başqa, futbolçular turnirdə hər qələbəyə görə də pul mükafatları alacaqlar.
Qeyd edək ki, Seneqal heç vaxt Afrika Kubokunu qazanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31