Qadın güləşçilərimiz reytinq cədvəlində ikincidir
8 Yanvar 2015 14:40 İdmanDünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, qadın güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31