“Qəbələ” məşqə Ağayevsiz çıxdı

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 3-cü gününü 2 məşqlə yekunlaşdırıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Kamran Ağayev xəstəlik, Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31