Azərbaycan – Cənubi Koreya ilə qarşılaşacaq – Bu gün
8 Yanvar 2015 12:05 İdmanFIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Olaylar"ın AFFA-nın rəsçmi saytına istinadən məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Koreya Respublikası yığması ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31