Rəşad Sadiqov yeni klubunda bu nömrə ilə oynayacaq
8 Yanvar 2015 12:04 İdman"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların - Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sadiqov 6, Qay isə 19 nömrəli formanı tərlədəcək. Oyunçular nömrə seçimi ilə bağlı fikirlərini də açıqlayıblar. Rəşad Sadiqov: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam". Aleksey Qay: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".