Rusiyalı məşqçi: “Azərbaycanın oyunu göz oxşayırdı”
8 Yanvar 2015 12:01 İdmanFIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə keçirilmiş "Sankt-Peterburq" - Azərbaycan oyunu ilə bağlı hər iki komandanın baş məşqçiləri öz fikirlərini bildiriblər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Nikolay Adam əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə yetirmələrinin öz oyununu göstərə bilmədiklərini deyib. "Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xəttdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq. Qarşıda Koreya Respublikası yığması ilə oyunumuz var. İndi həmin qarşılaşmanı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq komandası çox gözəl təsir bağışladı" - deyə Adam qeyd edib. Vladimir Kazaçonok (Sankt-Peterburq komandasının baş məşqçisi): "Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik. Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı və bizim də, rəqibin oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadır".