Azərbaycanlı futbolçular Sankt-Peterburqda ən yaxşı seçildilər

Rusiyada FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 19 yaşa qədər futbolçular arasında turnirdə ikinci qrup mərhələsinə start verilib. İlk iki oyununda Yaponiyanı 1:0, Rusiya-2-ni 4:2 hesabı ilə məğlub edən Azərbaycan milli komandası 3-cü oyununda Sankt-Peterburq yığmasına 2:4 hesabı ilə uduzub. Millimizi turnirdə təmsil edən heyətdə "Qəbələ" Futbol Akademiyasının yetirmələri də yer alıb. Müdafiəçilər Ayxan Əsədovla Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Emin Zamanov, Yusif Nəbiyev və Roman Hüseynov 1-6-cı yerlər uğrunda mübarizə aparan klubun şərəfini uğurla qoruyublar. "Olaylar"ın klubin rəsmi saytına istinadən məlumatına görə, Zamanov 2-ci, Nəbiyev isə 3-cü oyunda yığmamızın ən yaxşı futbolçusu seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31