Dünya Güləş Birliyi reytinq siyahısını açıqladı
7 Yanvar 2015 15:54 İdmanDünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR" -a daxil olan məlumatda bildirilib ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə reytinqdə ikincidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31