“Neftçi”nin əvəzedici heyəti Türkiyədə hazırlıq keçəcək
7 Yanvar 2015 15:39 İdman"Neftçi" PFK-nın əsas komandası ilə yanaşı, əvəzedici heyəti də hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçəcək. 11 yanvar tarixində 23 nəfərlik futbolçu heyəti ilə Antalyaya yollanacaq əvəzedici komandanın təlim-məşq toplanışı 24 yanvar tarixində yekunlaşacaq. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu müddət ərzində komandamız bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi zamanı əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın düşərgəsinə qoşulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31