Rəşad Sadiqov: “Sanki neçə ildir, burada oynayıram”

Qış fasiləsində "Qəbələ"yə qoşulan Rəşad Sadiqov artıq komanda ilə Antalya toplanışının 2-ci gününü geridə qoyub. Təcrübəli yarımmüdafiəçi yeni klubu və hazırlıq prosesi ilə bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib. Sadiqov artıq kollektivə uyğunlaşdığını, özünü komandada yeni hiss etmədiyini bildirib: "Yeni komandamda çox isti qarşılandım. Sanki neçə ildir bu komandada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var". Yarımmüdafiəçi Antalya toplanışındakı hazırlıqlar və baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini açıqlayıb: "O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib, bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31