“İnter” yanvarın 8-də ilk yoxlama oyununa çıxacaq
7 Yanvar 2015 12:35 İdmanBakının "İnter" klubunun Türkiyədəki təlim-məşq toplanışı davam edir. Toplanışın 4-cü günü 1 məşqdən ibarət oldu. Axşam saatlarında baş tutmuş məşqə futbolçular isinmə hərəkətləri ilə start verdilər. Oyunçular topla çalışıblar, daha sonra oyunçular 4 qrupa ayrılaraq bir-birilərinə qarşı futbol oynayıblar. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplanışın hazırlıq planına uyğun olaraq İnter sabah 2 dəfə məşq edəcək. Ayın 8-də komandamız Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu maçda İnter Türkiyənin "İnegölspor" komandası ilə qarşılaşacaq. Bu oyun "Kaya Palazzo Golf Resort" otelinin meydançalarının birində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31