Azərbaycan – “Sankt-Peterburq”: Yığmamız turnirdə üçüncü oyununu keçirəcək

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 7-də növbəti oyununu keçirəcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşacaq. Peterburqsk İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31