Cem Yılmaz bıçaqlanaraq öldürüldü

"Cem Yılmaza Allahdan rəhmət, ailəsinə, qohumlarına və sevənlərinə başsağlığı veririk”

  Türkiyədə "Beşiktaş" klubunun idmançısı bıçaqlanaraq öldürülüb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 16 yaşlı güləşçi Cem Yılmaz bir neçə nəfərin bıçaqlı hücumuna məruz qalıb.Məlumata görə, İstanbulun Feriköy məhəlləsində "gecəqondu" evində yanğın baş verib. Yanğına müdaxilə edən yanğınsöndürənlər isə naməlum şəxslərin hücumuna məruz qalıb. İdmançı Cem Yılmaz isə yanğınsöndürmə briqadasını müdafiə edərkən bıçaq yarası alıb. Xəstəxanaya çatdırılan gənc güləşçinin həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib."Beşiktaş" klubu Cem Yılmazın ölümü ilə əlaqədar nekroloq yayıb:"2012 - 2013 mövsümündə İstanbul çempionu olmuş Cem Yılmazın gənc yaşda dünyasını dəyişməsi klubumuzu və cəmiyyətimizi kədərləndirdi. Mərhumun cənazə mərasimi bu gün Feriköy Yayla məscidində olacaq. Cem Yılmaza Allahdan rəhmət, ailəsinə, qohumlarına və sevənlərinə başsağlığı veririk". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31