Alman mütəxəssis Azərbaycan yığmasının oyunlarını izləyəcək

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci qrup mərhələsi çərçivəsində yanvarın 7-də Sankt-Peterburq,  yanvarın 8-də isə Koreya Respublikasının komandası ilə qarşılaşacaq. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, yığmamızın iştirakı ilə keçiriləcək hər iki oyunu AFFA-nın Texniki direktoru Bernhard Lippert də izləyəcək. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31