"Kovaç, Prosineçkidən ehtiyatlı ol"

"Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına gətirilməsi doğru qərardı. Federasiya rəhbərliyi səhvə yol verməyib. Azərbaycanın çox gözəl təqdimatı var. Bundan əlavə, ordakı şərtlər də fantastikdi. Əminəm ki, Prosineçki həmin şəraitin qarşılığında yaxşı nəticə göstərməyi bacaracaq". Apasport.az xəbər verir ki, bu sözləri braziliyalı futbolçu Etto deyib. 2013-14 mövsümünü "Bakı" klubunun heyətində keçirən 33 yaşlı müdafiəçi Xorvatiya mətbuatına danışıb. Açıqlamasında Robert Prosineçkini tərifləyən Etto xorvatların baş məşqçisi Niko Kovaça səslənib: "AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya Azərbaycan millisinə böyük hesabla qalib gəldi. Amma Bakıdakı qarşılaşma çətin keçəcək. Kovaç, Prosineçkidən ehtiyatlı ol. Onun rəhbərliyi altında Azərbaycan yığması sizə problem yarada bilər".

Qeyd edək ki, "zolaqlılar"ın keçmiş oyunçusu 2005-2011-ci illərdə Zaqreb "Dinamo"sunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31