"Arsenal"dan siqaretə görə cəza

"Arsenal" qapıçısı Voyçex Şesniyə cəza tətbiq edib

Qol.az xəbər verir ki, klub polşalı qolkiperi 25 min avro məbləğində cərimələyib. Buna onun "Sauthempton"la İngiltərə Premyer Liqasının son turunda keçirilən matçdan sonra siqaret çəkməsi səbəb olub. Bundan başqa, komandanın baş məşqçisi Arsen Vengerin Voyçex Şesniyə "Hall Siti"yə qarşı oyunda şans verməyəcəyi iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31