AFFA-nın I vitse-prezidenti diplomla təltif olunub

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev diplomla təltif olunub. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, o, Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlara görə, "Cross Cultures Project Association" qurumu tərəfindən mükafatlandırılıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31