Məşqçilər Komitəsinin üzvləri məşqləri və oyunları izləyəcək

AFFA-nın rəsmi saytı, Məşqçilər Komitəsi üzvlərinin klubların məşqləri və oyunlarını izləyəcəyi barədə məlumat yayıb. AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov yanvarın 14-dən 24-dək Türkiyənin Antalya şəhərində, Böyükağa Hacıyev isə ölkəmizdə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək. ("OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31