Rauf Əliyev “Neftçi”də

"Neftçi" PFK Azərbaycan yığma komandasının üzvü, hücumçu Rauf Əliyevlə müqavilə bağlayıb. Futbolçu növbəti il yarım müddətində "Neftçi"nin formasını geyinəcək. Rauf Əliyev komandaya keçidi ilə bağlı klubun rəsmi saytına öz fikirlərini bildirib. ""Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum" - deyə R.Əliyev qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31