Vüqar Həşimov yad ediləcək – gənc şahmatçının ölümündən 1 il keçir

Mərhum azərbaycanlı şahmatçı Vüqar Həşimov yad ediləcək. Bu barədə tele-aparıcı, futbol şərhçisi Sənan Şəfizadə bildirib. "İnanmaq çətindir, amma. İstedadlı şahmatçımız Vüqar Həşimovun vəfatından bir il keçir. Əziz dostlar, 11 yanvar 2015 tarixində qadınlar Vüqarı saat 10-da ziyarət edir, saat 11.00-14.00 aralığında Təzə Pir Məscidində məclis təşkil olunacaq. Kişilər, saat 13.30-da Vüqarı ziyarət edəcək, saat 14.30-dan isə Təzə Pir Məscidinə toplaşacaqlar" - deyə S.Şəfizadə qeyd edib. Xatırladaq ki, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib. O, başındakı bəd xassəli şişdən əziyyət çəkirdi. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31