“Xəzər Lənkəran” 11 oyunçu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" Futbol Klubu və yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb. Bundan başqa Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib. Klubun rəsmi saytının verdiyi məlumata görə, Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb, eyni zamanda Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31