Azərbaycan yığması Cənubi Koreya ilə qarşılaşacaq

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, mübarizə apardığı F qrupunda birinci yeri tutan futbolçularımız növbəti oyunlarını D və E qrupunun qalibləri - müvafiq olaraq, Sankt-Peterburq komandası və Cənubi Koreya yığmasına qarşı keçirəcək. İkinci qrup mərhələsinin H qrupunun Sankt-Peterburq - Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan - Cənubi Koreya qarşılaşması isə ertəsi gün - yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq. Hər iki oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31