“Qarabağ”ın rəqibləri bəlli oldu

Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan "Qarabağ" 2015-ci ilin hazırlıqlarına Antalyada başlayacaq. Klub yanvarın 10-da toplaşacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Fevralın 1-nə qədər Antalyanın Belek bölgəsindəki `İC Santai` otelində məskunlaşacaq. Klubun rəsmi saytının verdiyi məlumata görə, "Qarabağ" bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

Komandanın yoxlama oyunlarının proqramı belədir:

17  Yanvar - Split (Xorvatiya)
21 Yanvar - Sürix (İsveçrə)
24 Yanvar - Levski (Bolqarıstan)
27 Yanvar - Legiya (Polşa)
29 Yanvar - Mordoviya (Rusiya)
31 Yanvar - Targu Mures (Ruminiya)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31