“Qəbələ” Antalya toplanışına start verdi

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" qonşu ölkədə ilk məşqinə çıxıb. Roman Qriqorçukun başçılığı altında baş tutan məşqə yeni transferlər - Rəşad Sadiqov və Aleksey Qayla yanaşı uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də qatılıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib. Günü bir məşqlə qapayan komanda toplu və topsuz çalışmalar yerinə yetirib. Komanda hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31