"Qarabağ" "Sürix"lə qarşılaşacaq
5 Yanvar 2015 18:40 İdman"Qarabağ"ın rəqibləri dəqiqləşib. Trend klubun saytına istinadən məlumat verir ki, Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan "Qarabağ" hazırlıqlara hər zaman olduğu kimi Antalyada başlayacaq. Ağdam təmsilçisi yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Fevralın 1-dək Antalyanın Belek bölgəsində məskunlaşacaq "Qarabağ" bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:
17 yanvar - Split (Xorvatiya)
21 yanvar - Sürix (İsveçrə)
24 yanvar - Levski (Bolqarıstan)
27 yanvar - Legiya (Polşa)
29 yanvar - Mordoviya (Rusiya)
31 yanvar - Tarqu Mureş (Ruminiya)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31