“İnter” – Bakı Almaniyanın məşhur klubu ilə qarşılaşacaq
5 Yanvar 2015 13:45 İdman"İnter" qış fasiləsində hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. Klub yanvarın 3-də birinci, 4-də isə ikinci məşqinə çıxıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, "İnter" hazırlıq çərçivəsində 6 yoldaşlıq matçı keçirəcək. Rəqiblər də artıq məlumdur. "İnter" yanvarın 8-də "İnegölspor"(Türkiyə), yanvarın 13-də "Energie ottbus"(Almaniya), yanvarın 14-də "Kayrat"(Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa"(Türkiyə), yanvarın 20-də isə "Metallist"(Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir. Xatırladaq ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31