“Neftçi”nin sonuncu rəqibi bəlli oldu

"Neftçi" PFK 11 yanvar tarixindən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayacaq. Hazırlıq çərçivəsində komandamızın keçirəcəyi 5 yoxlama oyunu barədə məlumat verilmişdi. "Neftçi" sonuncu, 6-cı sınaq matçını, ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış "Petrolul" Ployeşti komandasına qarşı keçirəcək. Klubun rəsmi saytının verdiyi məlumata görə, oyun 23 yanvar tarixində baş tutacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31