Yığmamızın rəqibi bu gün müəyyənləşəcək

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi bu gün Bakı vaxtı ilə 17.30-da keçiriləcək Slovakiya - Sankt-Peterburq matçından sonra müəyyənləşəcək. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək. Yığmamızın oyunlarının videoları ilə www.affavideo.az saytında tanış ola bilərsiniz. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31