Daha 9 Olimpiya və idman kompleksi tikilir
30 Dekabr 2014 14:52 İdmanHazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır. Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, 13 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Binəqədi rayonunda Gənclər Evinin, Xəzər rayonunun Buzovna qəsəbəsində idman zalının, Türkan qəsəbəsində idman zalının, Sənqəçal və Ələt qəsəbələrində idman zalının tikintisi, Qaradağ rayonunun Qobustan qəsəbəsində idman zalının tikintisi davam edir: "Həmçinin Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin tikintisi, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində idman zalının və mini futbol meydançasının tikintisi işləri davam etdirilir".