Keçən il 805 medal qazanılıb
30 Dekabr 2014 12:01 İdman2014-cü il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 275 qızıl, 255 gümüş və 275 bürünc, ümumilikdə isə 805 medal əldə edilib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, onlardan 278 medal olimpiya, 527 medal isə qeyri-olimpiya idman növlərindən olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31