"Fırtına" "Atletiko"ya qayıtdı
26 Dekabr 2014 19:30 İdman"Atletiko" "Milan"da icarə əsasında oynayan "Çelsi"nin futbolçusu Fernando Torresi heyətinə cəlb edib. Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu cari mövsümün sonuna qədər Madrid klubunda icarə əsasında çıxış edəcək. Bu transfer qarşılığında "Atletiko"nun oyunçusu Alessio Çerçi "Milan"da icarə əsasında oynayacaq. Məlumatı "Milan"ın telekanalı da təsdiqləyib.
Qeyd edək ki, F.Torres 2001-2007-ci illərdə "Atletiko"nun əsas komandasında oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31