AFFA-dan Fuad Əsədova yubiley təbriki

Dekabrın 26-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov assosiasiyanın sabiq baş katibi Fuad Əsədovla görüşüb. Anadan olmasının 75 illik yubileyi ilə əlaqədar F.Əsədovu AFFA rəhbərliyi adından təbrik edən E.Məmmədov yubilyara xoş arzularını çatdırıb. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, üzərində F.Əsədov - 75 yazılmış Azərbaycan milli komandasının forması yubilyara hədiyyə olunub. Fuad Əsədov təbrikə və səmimi sözlərə görə AFFA-ya minnətdarlığını bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31