“Kaxaber Sxadadze Azərbaycana gələn ən güclü əcnəbi məşqçidir”

Sənan Şəfizadə: “”İnter”i stabil və güclü komandaya çevirən məhz Kaxa olub”

"Kaxaber Sxadadze Azərbaycana gələn ən güclü əcnəbi məşqçidir". "Olaylar"ın məlumatına görə, məşhur teleaparıcı, futbol şərhçisi Sənan Şəfizadə belə bir iddia ilə çıxış edib. "Son illər ərzində çempionatımızın iki güclü klubu ona yüksək ödənişli müqavilə təklif etsə də, "İnter"in fəxri prezidenti Cahangir Hacıyev ona klubu tərk etməyə icazə verməmişdi. Bu dəfə klubun sahibi ona qal demədi. Sözsüz Kaxanın məşqçi kimi inkişafında bankirlərin rolu az deyil. Amma "İnter"i stabil və güclü komandaya çevirən məhz Kaxa olub" - deyə S.Şəfizadə qeyd edib. Xatırladaq ki, Bakı "İnter"nin baş məçqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında cari ilin iyun ayınadək Azərbaycan klubunu çalışdıqmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq. Məsələ ilə əlaqədar məlumatı "İnter" İdman Klubunun rəhbərliyi yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31