"Qəbələ" klubu qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır. Komandanın yeni baş məşqçisi Roman Qriqorçuk eks-klubu "Chernomorets"in bir neçə üzvünü hazırkı komandasına gətirmək niyyətindədir. Goal.az xəbər verir ki, bu oyunçulardan biri qapıçı Dimitri Bezotosnıydır. Onun transfer pəncərəsinin açılması ilə şimal klubunun heyətinə keçəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31