“Qəbələ” Kramarenko ilə yollarını ayırdı

"Qəbələ" Futbol Klubu qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko ilə yollarını ayırıb. O, 2013-2014 mövsümünün startından "Qəbələ"də çalışırdı. "Qəbələ" İdman Klubu mütəxəssisə komandadakı fəaliyyətinə görə təşəkkür edərək, ona gələcək karyerasında uğurlar arzulayıb. Kramarenkonun klubdan ayrılmasının səbəbləri barədə əlavə heç bir məlumat verilməyib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31