AFFA 4 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin keçirilən iclasında verilən qərarlar açıqlanıb. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Topaz Premyer Liqasının XVII turun "Bakı" - AZAL matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Eyni zamanda "Xəzər Lənkəran" - "Qarabağ"  matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib. Oyunun 12-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. "Sumqayıt" - "Qəbələ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində "Sumqayıt" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. "İnter" - "Neftçi" matçında "Neftçi" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31