“Qarabağ”da 100-ə çatan ilk braziliyalı
24 Dekabr 2014 16:42 İdmanAğdamın "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib. Yubiley matçı Topaz Premyer Liqasının XVIII turunun "Sumqayıt"la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu. Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda "Qarabağ"da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşdü. PFL-in rəsmi saytının verdiyi məlumata görə, o, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31