Azərbaycan çempionatında mövsümün rekordu təzələndi

Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb. Buna XVIII turun Zaqatalada keçirilən "Simurq" - "Bakı" oyununda 7 qolun vurulması səbəb olub. PFL-in rəsmi saytının verdiyi məlumata görə, meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə bu qədər qolun vurulması cari mövsüm üçün ən yüksək göstəricidir. Bunadək yalnız sentyabrın 19-da baş tutan "İnter" - "Bakı" görüşündə bu qədər qol qeydə alınmışdı. 5-ci turun qarşılaşmasında meydan sahibləri 7:0 hesabı ilə qalib gəmişdi. Bu məhsuldarlıq 92 gündən sonra təkrarlandı. Qeyd edək ki, milli çempionatlar tarixinin ən məhsuldar oyununda 16 qol vurulub. 1996-cı il noyabrın 23-də baş tutan matçda "Kəpəz" "Şəmkir"ə qalib gəlib - 14:2. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31