Azərbaycan millisinin qrupdakı rəqiblərindən biri dəyişdi

2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında yarış keçiriləcək. FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Albaniya yığması turnirdə iştirak etməyəcəyi üçün komandamız qrupda 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq. Futbolçularımızın digər rəqibi Yaponiya komandasıdır. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31