6 futbolçuya 26 qol

"Xəzər Lənkəran" klubundan ayrılan 6 futbolçudan 3-ü komandanın tarixində ən çox oyun keçirənlərdəndir. Apasport.az  xəbər verir ki, yay transferləri Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılovdan fərqli, digərləri ilk "20-lik"də yer alanlardır. 130 matç keçirən Elnur Abdullayev klub tarixinin 6-cı, 101 dəfə ağ-yaşıl forma geyən Adrian Skarlatake 8-ci sıradadır. Hərəyə 11 qol vuran futbolçuların ikisi də "Xəzər Lənkəran"da 100-ü arxada qoyan "doqquzluğ"a düşənlərdi. 76 qarşılaşmada komandanın şərəfini qorumuş Vanderson Skarduelli isə ümumi siyahıda 18-ci, legionerlər arasında 7-cidir.

"Xəzər Lənkəran" karyerası yarım il sürən Sadiqov 14, Əliyev 11, İsmayılov 10 qarşılaşmanın iştirakçısı olublar. Rauf 3, Əfransa 1 qol sevinci də yaşayıb. Bu isə o deməkdir ki, 6 oyunçu ümumilikdə 26 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31