Luis Suaresdən 500 Milad hədiyyəsi
24 Dekabr 2014 18:25 İdman"Barselona"nın hücumçusu Luis Suares kiçik həmyerlilərini gələcək bayramları münasibəti ilə təbrik edib. Apasport.az xəbər verir ki, uruqvaylı futbolçu 500 Milad hədiyyəsini Montevideo xəstəxanasında müalicə keçən uşaqlara göndərib. Kataloniyalı oyunçu hər bir hədiyyənin üzərinə belə bir təbrik yazıb: "Sizə yaxınlarınızla xoşbəxt Milad və xoşbəxt 2015-ci ili arzu edirəm. Luis Suares və onun ailəsi".
Qeyd edək ki, hədiyyələr "Santa-Klaus Suares" adından xəstə uşaqlara verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31