"Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşdi
23 Dekabr 2014 18:50 İdmanTürkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə Sergen Yalçın gətirilib. S.Yalçın mövsümün sonuna qədər "Sivasspor"u çalışdıracaq. O, bu vəzifədə bir müddət öncə istefaya göndərilən Roberto Karlosu əvəzləyib.
Qeyd edək ki, "Sivasspor" Türkiyə superliqasında 14 turdan sonra 10 xalla 16-cı pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31