"Aykut Kocaman ədalətli davranmadı"
23 Dekabr 2014 17:22 İdman"Fənərbağça" klubunun yaddaqalan futbolçularından sayılan Aleks De Souza karyerasını bitirdikdən sonra ilk dəfə Türkiyə mediasına müsahibə verib. Goal.az xəbər verir ki, "Hürriyet " nəşrinin bir sıra suallarını cavablandıran Aleks "Fənərbağça" karyerasının bəzi məqamlarına toxunub. "Türkiyədə futbol oynamaq həyatımda keçirdiyim ən mükəmməl hisslərdən biri idi. Möhtəşəm və unudulmaz təcrübə yaşadım. İstanbuldan ayrıldığım zaman qəlbimdə böyük boşluq hiss etdim. "Fənərbağça"nı tərk etməyi düşünmürdüm. Aykut Kocaman haqqında bir şey deyə bilmərəm. Amma o, mənimlə çalışmaq istəmədi. Bu dueldə tək səhvim baş məşqçiyə yardımçı olmaq istəməməyim idi. Amma Kocaman da ədalətli davranmadı. Yenə də ona qarşı kinim yoxdur. Türkiyədə ən çox Kadıköy və "Şükrü Saracoğlu"nun atmosferi üçün darıxıram. Artıq karyeram yekunlaşdı və bu hissi də azaltmaq lazımdır". Aleks həmvətəni Diyeqo Ribas haqqında fikirlərini də bildirib. "Diyeqo əla oyunçudur. "Fənərbağça"da uğur qazanacağına ehtimal böyükdür. Amma bu, bir sıra amillərə bağlıdır. Ən əsası isə baş məşqçi faktorudur. Baş məşqçi Diyeqoya kömək etməsə, komandada onun işi heç də asan olmayacaq". Braziliyalı eks-yarımmüdafiəçi dünyanın ən güclü futbolçusu kimi Kriştianu Ronaldunu qeyd edib.