“Neftçi”nin qış hazırlıq planı

"Neftçi" PFK-nın qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib. "OLAYLAR"ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək burada davam etdirəcək. Yanvarın 11-də isə "Neftçi" təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı klub 6 yoxlama oyunu keçirməyi planlaşdırır. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31