Qusarda dostluq turniri başa çatdı

Qusar Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq dolstluq turniri başa çatıb. Aərbaycan Beynəlxalq Bankının və Qusar Olimpiya İdman Kompleksinin dəstəyilə 18-20 dekabr 2014-cü il tarixlərində keçirilən turnirə yerli idman klublarının üzvlərilə yanaşı, Rusiya və Gürcüstandan da idmançılar qatılıblar. "OLAYLAR"-ın "İnter"-in rəsmi saytına istinadən məlumatına görə, 150 nəfərin mübarizə apardığı turnirdə "İnter"in cüdoçuları-İbrahim Aslanov(55 kq) 1-ci, Rahim Aslanov isə 2-ci yeri tutublar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31