Azərbaycan yığmasına Rusiyadan yeni futbolçu dəvət olundu

Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha 2 futbolçu dəvət olunub. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, bunlar "Bakı" klubundan Umar Akmurzayev və Rusiyanın "Tosno" klubundan Ceyhun Quliyevdir. Bir gün əvvəl isə milliyə "Neftçi" klubundan Emil Həsənzadə çağrılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31