6 saatlıq legioner

Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevin legioner həyatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin aşağı dəstə klubu "Qaziantep BB"də çıxış edən gənc futbolçu əksər həmyerlilərimiz kimi 1-ci liqa səviyyəsinə uyğun gəlməyib. Nəticədə klubdan kənarlaşdırılan Hacıyevin qonşu ölkə macəraları sona çatıb. O, Qaziantep təmsilçisində 5 çempionat və 3 kubok görüşündə forma geyib. Çempionatda 154, kubokda 205 dəqiqə oynayan Rəhman ümumilikdə 359 dəqiqə, yəni təxminən 6 saat (5 saat 59 dəqiqə) şans qazanıb. Təmsilçimiz yeganə qolunu kubokun II mərhələsinin "Səlcukluspor"la görüşündə vurub. Onun aldığı yeganə sarı vərəqə isə "kayserispor"la çempionat matçına təsadüf edib. Kubokda hər 3 matçda start heyətində yer alan, amma hər dəfə əvəzlənən Hacıyev çempionatda 1 dəfə ilk dəqiqələrdən meydanda olub. Həmyerlimiz həmin görüşü də 90 dəqiqə oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31