Teves Eto’O ilə Şevçenkoya çatdı

"Yuventus"un hücumçusu Karlos Teves İtaliya Superkubokunun finalında qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, sözügedən kubokun həlledici matçında "Napoli"nin qapısından 2 top keçirən argentinalı futbolçu bobardirlər siyahında liderliyə yüksəlib. Neapol təmsilçisi ilə görüşdə dubl edən (5 və 106-cı dəqiqələrdə) Teves "Milan"ın sabiq forvardı Andrey Şevçenko və "İnter"in keçmiş futbolçusu Samuel Eto'Oya çatıb.
Hər iki oyunçu İtaliya Superkubokunun finalında 3 dəfə fərqləniblər. Bu isə yarışın ən yaxşı göstəricidi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31