"Real"ın ulduz futbolçusu sıradan çıxdı
23 Dekabr 2014 11:41 İdmanİspaniyanın "Real Madrid" klubunun əsas oyunçularından olan Marselo zədələnib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, braziliyalı müdafiəçi "Kral klubu"nun "San Lorenzo" ilə oyunda sıradan çıxıb. O, 3 həftə ərzində Madrid "Real"na kömək edə bilməyəcək.
Qeyd edək ki, klublararası dünya çempionatının finalında İspaniya çempionu Argentina klubunu məğlub edərək kuboka sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31