Torresə görə 2 keçmiş komandası rəqabət aparır

Müqavilə ilə "Celsi"yə məxsus olan Fernando Torres qış fasiləsində yenidən "Liverpul"a qayıda bilər. Mövsümün əvvəlində "Milan"a icarəyə verilən ispan hücumçu burada etimadı doğrulda bilmir. Filippo İnzaqinin o qədər də güvənmədiyi forvard A Seriyasının geridə qalan 16 turunda 10 görüşdə meydana çıxıb və cəmi 1 dəfə fərqlənə bilib. Goal.az xəbər verir ki, "Liverpul" 30 yaşlı Torresi icarəyə götürmək istəyir. "Qırmızılar"ın əsas rəqibi hücumçunun digər keçmiş komandası "Atletiko Madrid"dir.

Qeyd edək ki, Torres 2007-11-ci illərdə "Liverpool"da çıxış etmiş və 102 oyuna 65 qol vurmuşdu. 2011-ci ildə 50 milyon funta "Chelsea"yə keçən Torresin karyerasında eniş dövrü başlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31